DİZAYN
Xidmətlər - Dizayn - Hovuzlar

Sovet dövründə hovuz dedikdə böyük, düzbucaqlı formasında süni su tutumu nəzərdə tutulurdu. Məhdud dekorasiya və minimal təchizat. Olduqca köhnə divarlar və paslı sürahilər. Saunalı miniatür hovuzların meydana gəlməsi sıçrayış oldu. Bu hovuzlar yüksək rahatlığı və incə dekorasiyası ilə seçilirdi. Odur ki, uzun illər ənənəvi düzbucaqlı və kvadrat formasında hovuzlar saxlanmışdı. Lakin dizaynerlərin cəsur fikirləri nəticəsində ölkədə bir-birinin ardınca ən ixtiyari konfiqurasiyalı oval, dairəvi, səkkiz rəqəmi formasında və səkkizbucaqlı hovuzlar meydana gəlməyə başladı... Bəs interyer?! Bəs müasir materiallar?! Bəs zərif xətlər?!

Şirkətimizin bu gün təklif etdiyi, hətta əvvəlki müştərini qarışıqlıq içərisindı qoyur. Hovuz növlərinin çoxluğu, dekor və formaların kütləvi variantları, arzuladığınız dekorasiyalar sizi gözləyir.

Bu səbəbdən müştəri eskizlər, şəkillər və sənədlərlə tanışolduqdan sonra peşəkarlarımız tərəfindən aydınlaşdırılır,hovuzun dəqiq və ətraflı dizayn-layihəsi hazırlanır. Məlumdur ki, hər bir hovuz olduqca mürəkkəb memalıq tikintisi olub, ilk növbədə müştərinin istəyinə deyil, texniki təhlükəsizliyə uyğun olmalıdır. Bu gün hovuz inşası yalnız qazıntı işi, su sistemi və filtrasiyanın qurulması, avadanlıq və tikinti materialları deyil. Müasir hovuz həm də dəbli dizayn deməkdir. Su ilə doldurulmuş vanna ilə heç kimi təəccübləndirmək mümkün deyil, lakin təkrarsız, ahəngdar, özünəməxsus dizayna sahib hovuz hamının diqqətini çəkir.

Hovuza üzmək üçün gələn insana həmin konstruksiyanın qurğusunu, suyun hazırlanması və təmizlənməsi metodlarını, elektrik qurğuların xüsusiyyətlərini bilmək vacib deyil. Onun üçün rahatlıq və sahman, gözəllik və cazibədarlıq mütləqdir. Belə ki, dizayn-layihə həm texniki, həmestetik tərəfləri nəzərə alır. O, maksimal detallar nəzərə alınmaqla,memarın dəqiq hesablamaları əsasında yaradılır. Hər bir kiçik komponent ciddiliklə işlənib hazırlanır.

Dizayn-layihə yalnız gözəl və peşəkar eskizlər (kağız və kompüterdə vizuallaşdırmalar) deyil, həm də texniki hesablamalar və xarakteristikalar,inşaat işinin planı, seçilmiş hovuz növünün təsviri,çertyojlar və büdcələrdir. Müştərinin arzusuna uyğun olaraq hovuz hidromasaj avadanlıqları,süni axın və digər müxtəlif atraksionlarla təchiz oluna bilər. Əvvəllər deyilirdi: “Hovuz mürəkkəbdir yoxsa bahalıdır?”. Yeni nəsil hovuz inşaatının devizi ise belədir: “Hovuz sadə və gözəldir!” Şirkətimiz bu devizə arxalanaraq dəbli, dözümlü və təhlükəsiz hovuzlar yaradır.

Əgər siz peşəkarlarla çalışırsınızsa, hər baxımdan mükəmməl hovuz inşa etmək olduqca asandır!

 
  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL