DİZAYN
Xidmətlər - Dizayn - Restoranlar və kafelər

Hər nə qədər ev mətbəxinin tərəfdarları ev şəraitində yeməklərin hazırlanmasının sərfəliliyi barədə danışsalar da, hər birimiz bəzən evdən çıxmaq, hər hansı sakit, rahat və dəbli restoranda və ya kafedə oturmaq, dadlı yeməklərdən və peşəkar ifaçıların canlı musiqilərindən zövq almaq istəyirik. Bu halda interyer böyük məna ifadə edir, odur ki, vaxt keçirmək istədiyimiz yeri bu iki amilə əsaslanaraq seçirik: birincisi- yaxşı mətbəxin mövcudluğu, ikincisi- sevindirici şərait və interyer. Məhz bu səbəbdən məkanın bütün otaqlarının, divarların, tavan və döşəmənin dekorunun planlaşdırılmasına böyük diqqət ayrılmalıdır. Restoran və kafenin interyeri xoş ünsiyyə, yemək və rahatlıq üçün unikal abu-hava yaradılmasına yönəldilir.

Beləliklə,əgər siz müştəri cəlb etmək istəyirsinizsə buna diqqət yetirməlisiniz. Təklif edilən yemək çeşidlərindən asılı olaraq məkan sahibləri oranı meksikan, yapon, çin, italyan, azərbaycan və ya ukrayna üslubunda dizayn edə bilərlər. Bir-birini təkrar edən interyerlərə demək olar ki, rast gəlinmir, odur ki, hər bir interyer özünəməxsus və qeyri-adidir.

Restoran və kafenin unikal və gözəl dizaynı, sözsüz ki, uğuru təmin edir. Belə ki, müştərinin buraya ikinci dəfə qayıdacağı və ya daha rahat yer axtaracağı məkanın rahatlığından asılıdır.Qeyri-standart,orjinal dekor və stilistika məkanın abu-havasını və gələcək məşhurluğunu təyin edir.

Saytda təqdimolunmuş restoran və kafelərin dizayn rəsmləri öz işlərində müasir incəsənətin bütün dəbli trendlərini əks etdirən memar və dizaynerlərimizin peşəkarlığını nümayiş etdirir. Nəticədə hər restoran və kafeyə xidmətin rəqabət bazarında məkanın mövqeyini yüksəldən “çip” vermək mümkün olur.
  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL