DİZAYN
Xidmətlər - Dizayn - Mənzillər və evlər - Salon

Hər bir mənzilin “ürəyi” qonaq otağıdır. Qonaq otağı yalnız ev sahiblərinin istirahət yeri kimi deyil, həm də qonaq qəbul edən otaq kimi fəaliyyət göstərir. Elə bu səbəbdən orada isti və qonaqpərvər abu-hava yaratmaq lazım.

Məntiqi olaraq qonaq otağı “ən yaxşı”olmalıdır! Buraya bahalı pərdələr, mebel, xalçalar, dekorelementləri, bahalı təmir aiddir. Qonaq otağı sahəsinə görə təvəzökar olub daha geniş sahəni əhatə edə bilər, lakin belə məkanların qurulmasından ortaya çıxan effekt bu amillərdən asılı olmaya bilər. Hər bir qonaq otağının gələn qonaqların uzun müddət yaddaşında qalacaq xüsusiyyətləri var. Düzdür, müasir ev və mənzillərdə qonaq otağı bütün ailə üzvlərinin axşamlar və həftəsonları toplaşdığı kompakt istirahət guşəsidir. Orada həm mövcud problemlər müzakirə oluna bilər, həm çay içilə bilər, həm də bir-biriləri ilə ünsiyyətdən zövq alına bilər. Hər bir qonaq otağının dizaynı aid olduğu evə özəldir və dizaynerin sahə üzərindəki işi nəticəsində görmək istədiyiniz tələblərdən asılıdır.

Qonaq otağının üslubu həm də fərqli və qarışıq ola bilər və klassiklə minimalizm arasında dəyişə bilər. Qonaq otağında dizaynın necə seçilməsindən asılı olmayaraq, evin daxilində tamlıqla ahəngdarlığın olması üçün hər zaman sizin şəxsi zövqünüz və qərarınızın xarakteri hiss olunmalıdır.
  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL