DİZAYN
Xidmətlər - Dizayn - Villa və koteclər - Mansardlar

Mansardların dizaynı
Mansardlar öz sahibinə gündəlik sevinc və müsbət emosiyalar verə bilən məkandır. Son zamanlar özünə içərisinə mansard dizaynı daxil edən evlər daha çox məşhurlaşıb.Memar-dizaynerin köməyi nəticəsində sizin eviniz qısa müddət ərzində unikal, çoxölçülü və rahat ola bilər. Bunun üçün yalnızca kottec dizaynına mansard dizaynı əlavə etmək lazımdır. Mansardın funksionallığı və sərfəliliyi sizi sual altında qoymayacaq.

Bu, sizin həm qonaq otağı, yataq otağı, yaxşı işıqlanan praktik otaq, həm də uşaq otağı kimi istifadə edə biləcəyiniz əlavə bir məkandır. Otağın tamamilə işıqlı, rahat olması və yaxşı havalandırma qabiliyyətinə malik olması üçün mansard dizaynına bu cür məkanlara xas düzgün işıqlandırma və maili mansard pəncərələri daxil olmalıdır. Əlavə otağın bütün evin dizaynına təbii olaraq uyğun olaması üçün mansard layihəsinin əsas prinsiplərinə nəzər yetirmək lazımdır. Belə ki, o, daxili və xaricini vahid birliyi olub hər ikisi üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu sualda peşəkara müraciət etmək daha doğru olardı. Onlar sizin əsas sahənizi genişləndirməklə yanaşı, başınızın üzərindəki səmadan zövq almağınızı da təmin edəcəklər.

Mansardın interyer dizaynı
Mansardın olduqca düzgün interyer dizaynı,şübhəsiz, oranı sizin ən sevimli yerinizə çevirəcək. Evin daxilində mansardın mövcudluğu, ev sahibinin zövqündən xəbər verir, onun yenilənməsi metodları isə şəxsi seçimlər və fərdiliyi əks etdirir. Mansardın interyer dizaynını iş otağının üzərində və ya çox da böyük olmayan ev ofisində həyata keçirmək olar. Burada heç nə işdən və yaradıcılıqdan yayındırmayacaq, pəncərədən süzülən günəş şüaları təbii olaraq həyat enerjisini stimullaşdıracaq. Loja dizaynında istifadə olunan sadə mansard pəncərələr sahənin rahatlığını təmin etməkdən daha çox işıq keçirir və ətrafa xoş mənzərə açır. Sizin hansı mansard interyer dizaynı seçməyinizdən asılı olmayaraq , şirkətimizin dizaynerləri orada sizin üçün əsl rahatlıq və maksimal funksionallıq yaradacaqlar.

Mansardın daxili dizayı
Mansardın daxili dizaynında nəzərə alınacaq ən mühüm detal maili divarlardır.Məhz maili divarlar və keyfiyyətli mansard pəncərələri sıxıcı çardağı dəbli və rahat məkana çevirə bilər.

Bu səbəbdən xoş və işıqlı abu-havanı qoruyub saxlamaq üçün divarlarda açıq rəng çalarlarından istifadə etmək lazım. Maili dam və döşəmə arasında müxtəlif əşyaların saxlanılması üçün taxtadan sahə hazırlamaq mümkündür. Belə bir sahə hər zaman mansard, yataq otağı, qonaq otağı, qış bağının, hovuzun və ya vanna otağının dizaynına daxil ola bilər.

Mansard tavanının dizaynı
Mansard tavanının dizaynını iki variantda təsəvvür etmək mümkündür. Bu, ya tamamilə şəffaf və şüşədən, ya da “cənnət eşiyi” illüziyası yaradan ucsuz-bucaqsız tavandır. Rütubətə davamlılığı ilə bu cür tavan damda sızmanın qarşısını alır və daxili dekorativ element kimi çıxış edir.

Mansard tavanının dizaynı zamanı buranın böyük məkan olmadığını nəzərə alaraq yanıcı və kəskin qoxulu materiallardan istifadə olunmamalıdır. Belə ki, damın altında yerləşən mansard üçün yaxşı havalandırmaya məxsus tavan üstünlüyə malikdir.

Siz, eyniadlı “ Mansardlar” albomunda mansard dizaynına aid işlərimizlə tanış ola bilərsiniz.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL