LANDŞAFT
Xidmətlər - Landşaft - Süni cığırlar

Cığır örtüyü landşaft dizaynının açar elementidir. Cığırlar ərazini formalaşdırmağa kömək edir və vacib obyektləri birləşdirir. Səliqəli cığır örtükləri diqqət cəlb edir və ərazinin funkional hissələri arasında əlaqələndirici zəncir təşkil edir və memarlıq dominantı olur.

Cığır çəkilməsi qaydaları:

1. Evə doğru istiqamətlənən cığırın çəkilməsində evin fasadının, zirzəmi və eyvanının dekorasiyasında iştirak edən material istifadə olunmalıdır. Daha doğrusu, eyni material evin divarlarının şaquli örtüyündə, bağ örtüyündə yerləşməli və evin ümümi sahə olduğu təsirini gücləndirməlidir.

2. Evdən uzaqlaşdıqca, cığırda evin dekorasiya elementlərinin azalması.

3. Cığır və meydançaların formalaşdırılmasında üç fərqi,lakin bir-birinə uyğun olan materialdan çox olmayaraq və iki-üç çalardan çox olmayaraq istifadə oluna bilər. Bununla bərabər,materialların tərtibat metodları müxtəlif cür ola bilər.

4. Cığır olduqca geniş olmalıdır, 60 sm deyil, orta ölçülü bağlar üçün 90 sm olmağı daha üstündür.

Süni cığırların yaradılmasında ən çox istifadə edilən materiallar:

Səki kərpici ənənəvi planlı bağ cığırları üçün əla materialdır.

Qırmadaş (çınqıl) avtoyollar üçün ən sevilən material; o, həm də asfalt adlanır, möhkəm çınqıl örtüyü və s.

Təbii daş funksional cığırlarla bərabər dekorativ cığırların inşasında istifadə olunan yeganə materialdır. Bunun üçün müxəlif qumdaşından plitələr, gil və əhəng də istifadə olunur.

Diametri 2,5 sm-dən çox olan yumuru daşlar qənbər adlanır.Səki daşları olduqca dekorativ görünür, lakin cığırın kiçik hissələri üçün lazımlı olur, belə ki, onun üzərində gəzmək heç də rahat deyil. Hər hansı monoton örtüklü sahədə qənbərdən həndəsi fiqurlar (kvadrat, dairəvi , düzbucaqlı) qoymaq daha əlverişlidir.

Ağac və qabıq- müəyyən şəraitdi gövdə kəsiklərindən hazırlanmış cığır olduqca cazibədar görünə bilər, odur ki, heç bir şey yarım vəhşi bağla bu cür harmoniya yarada bilməz, xüsusilə də dairələr arasına xırdalanmış ağac qabıqları səğən zaman.

Arakəsməli cığır.Bir qayda olaraq üzərində daimi gəzilən sahədə,məsələn daxili həyətdən bağa qədərki sahədə ot tapdalanır, lakim sadə cığır yaşıl xalça effektini poaz bilər. Buna görə də qazon boyu sahədə bir- birindən addımla ayrılan daşlar və ya beton plitələr ilə aralıqlı cığır hazırlamaq lazım.

Bir çoxları betonu sadəliyinə görə sevmir, lakin o, cığır və yollar üçün əvəzedilməz və məhur material olaraq qalır. O,uzunömürlü, ucuz olub, hər formada cığırın yaradılmasl üçün uyğundur.

İnsan əli ilə təraşlanmış süni daş özündə unikal sənət əsəri ifadə edir və bir çox halda təbii materialı ötür. Bu daşın əsasən sahib olduğu onun qiyməti və gözəl estetik görünüşüdür.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL