LANDŞAFT
Xidmətlər - Landşaft - Su anbarları və gölməçələr, fəvvarə və şəlalələr

Landşaft dizaynının elementlərindən biri də dekorativ su anbarlarının- fəvvarələrin,şəlalələrin, gölməçələrin və çayların yaradılmasıdır. Bu cür gözəlliyi necə yaratmalı?

Su anbarları və gölməçələr

Dekorativ su anbarı hər bir bağın bəzəyidir. Onlar böyükvə kiçik, bərk və çevik hidroizolyasiyalı, fəvvarəli, şəlaləli ola bilər. Bağda su ilə baş çıxarmaq landşaft dizaynının ən yüksək pilotajlarından biridir.

Gölməçə onu təşkil edən komponentərdən – su, su bitkiləri, balıqlar, heyvanlar,torpaq və s.-dən ibarətdir. Dizaynerin vəzifəsi harmoniya yaratmaq, bitkiləri düzgün seçmək və onların qayğısı üçün məsləhət verməkdir. Dayanmış su bağa sakitlik verir, lakin bəzən ona dinamika vermək, canlaşdırmaq lazım gəlir. Şırıltılı çaylar vəhşi təbiət təsiri yaradır.

Təbii su anbarları şəklində qurulmulmuş gölməçələr, demək olar ki, baxıma ehtiyac duymur. Onlarda yalnız suyun səviyyəsinin yoxlanması, axıntıların izlənməsi, suyun aqressiv bitkilərdən təmizlənməsi lazımdır ki, gölməçənin digər sakinləri yaxşı inkişaf etsinlər.Vegetasiya sezonunun sonunda bitki və balıqlara qışda yaxşı şəraitin hazırlanması üçün bir sıra işlər görülməlidir. İlk növbədə, su yarpaqlardan və digər zibillərdən təmizlənməli, qış şəraitinə uyğun olmayan bitkilər daha isti yerə yerləşdirilməlidir. Eləcə də nasos və filtrləri kommunal sahəyə aparmaq lazım.

Sizin su anbarınızın bulanıq yağış gölünə çevrilməməsi üçün su fəal olaraq təmizlənməlidir.

Fəvvarə və şəlalələr

Fəvvarələr
Şırıltılı su axını yalnıız özünə gözləri deyil, fani bədənləri də həyat sərinliyinə cəlb edir. Su isti yay günüdə sərinlik gətirir,axşamlarisə fəvvarənin rütubəti qarşısında oturmaq olduqca xoşdur. Həyət və bağ evləri üçün fəvvarələr asanlıqıa ərazini canlandırır və möcüzəli ərazinin sakinlərinə sevinc bəxş edir.

Əvvəllər yalnız aristokratlar bağ fəvvarələrini özlərinə rəva görə bilirdilər, indi isə onu ən sadə bağ ərazilərində də qururlar. Gölməçə və böyük su anbarlarından fərqli olaraq, fəvvarələri olduqca təvəzökar ölçülü ərazilərdə yerləşdirmək olar. Bilirsiz niyə? Çünkü fəvvarələrin müxtəlif növvəölçüləri var və onlar hər bir eksteryerə köçürülə bilir.

Fəvvarələrin olduqca zəngin assortimenti mövcuddur. Daha çox onları ölçüsünə, hündürlüyünə, xarici görünüşünə və gücünə görə sinifləndirirlər.

Fəvvarələr çox xeyirlidir: onlar havanı təmizləyir və yumşaldır, və xoş şırıltı insanı sakitləşdirir. Xarici görünüşə adi olan hissələr üçün fantaziyya sərhəd qoyulmamalıdır. Fəvvarələrin seçimi nəhəngdir: rəng,material, forma və hətta musiqi.

Şəlalələr
“Şəlalə”sözü qarşısında sanki ürək dayanır. Hündürlükdən aşağıya doğru axan su, köpük, su tozundan ibarət hava təsəvvürdə canlanır. Bu gözəllik çox da böyük əziyyət çəkilmədən sizi öz şəxsi ərazinizdə sevindirə bilər. Ağır iş günündən sonra suyun kənarında oturub istirahət etmək üçün məşhur şəlalələrin nəhəng sahəsinin olması məcbur deyil. Belə ki, götürülmüş ərazidə bizə şəlalə yaratmaq üçün nə lazım? Üç komponent: su anbarı,qaldırıcı və təpəyə suyun verilməsini təmin edən nasoslu boru sistemi.

Şəlalələrin hazırlandığı materiallar fərqlənir: daş, metal, hətta şüşə. Həmçinin üslub kəmiyyəti də olduqca çoxdur, bu səbəbdən şəlalə ultra-müasir üslubda hətta evdə de yaradıla bilər.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL