LANDŞAFT
Xidmətlər - Landşaft - Uşaqlar üçün idman meydançaları

İdman meydançaları
Müasir bağ əraziləri çox az hallarda idman meydançasız keçinir, xüsusilə ailədə uşaqlar varsa. Çünki uşaqlar sağlamlıqları üçün çox vaxtlarını təmiz havda keçirməli,fəal olaraq idmanla məşğul olmalı, hərəkətli oyunlar oynamaldırlar. Böyüklər də işdən sonra bağın baxımını həyata keçirməlidirlər. Sözsüz ki, idman insanın həyatında mühüm yer tütmalıdır. Bağlar üçün açıq idman meydançaları və oyun meydançaları ailə və dostlarla yığışmaq üçün ideal məkandır.

Bağ üçün idman meydançasının ölçüsü ərazinin ölçüsündən asılıdır. Əgər avadanlıq və ərazinin sahəsi imkan verirsə bağ üçün böyük idman kompleksi yaratmaq olar. Belə meydançalarda mini-futbol, tennis kortu, voleybol və basketbol meydançaları,müxtəlif idman ünsürləri və turnik ola bilər. Əgər sizin uşaqlarınız varsa,ərazidə uşaqlar üçün idman meydançası yaradıla bilər. Bağ üçü idman meydançasını hər bir sahədə qurmaq mümkündür. Əsasən, yer düzgün seçilməli, sahə hazırlanmalı və uyğun material seçilməlidir.

Uşaq meydançaları
Həftəsonları şəhərdən kənara çıxanda,biz kabab qızardarkən uşaqların nə ilə məşğul olacağını düşünürük. Şəhərkənarı ev və bağ üçün uşaq meydançası bu vəziyyətdən ən yaxşı çıxışdır.

Bütün valideynlərin arzusu uşaqlarının sağlam böyüməsidir. Bunun üçün onları körpəlikdən fiziki yüklənməyə öyrətmək lazım. Uşaqlar üçün oyun kompleksi sizin əvəzolunmaz köməkçiniz olacaq. Yelləncəklər, slaydlar, kanatlar oyun və fantaziyalar üçün böyük sahə olacaq. Bundan başqa övladınız hər zaman baxış altında olacaq.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL