DİZAYN
Xidmətlər - Dizayn - Mənzillər və evlər - Yataq otağı

Bəzilərimiz yataq otağının yalnız yuxu üçün bir məkan olduğunu düşünərək, onun interyer dizaynını vaxt itkisi hesab edə bilərik. Qonaqlar oraya tez-tez nəzər salmırlar, lakin ev sahiblərinin hər axşam gəldikləri yerdə əmin-amanlıq, rahatlıq, tənhalıq olmalı və tamlıqla istirahətə söykənməlidir.

Yataq otağı üçün dəyərli interyer dizayn qurmaq üçün bəzi önəmli detallar mövcuddur. Məsələn, yataq otağının üslubunun mənzilin dizaynı ilə uyğunluğunu qoruyub saxlamaq lazımdır. Bu, bütövlükdə dəbli evin qurulması üçün əsas şərtlərdən biridir.

Müxtəlif tarixi üslubların elementlərinin birləşməsi mümkün olmasına baxmayaraq, yadda saxlamaq lazım ki, yataq otağı ayrıca otaq deyil, evin bir hissəsidir.

Daha geniş evlərdə yataq otağı üçün bütöv bir mərtəbə, daha doğrusu, üst mərtəbə ayrılır. Yataq otağını həm də mansardda yerləşdirmək mümkündür, belə ki, həmin yerin qeyri-adi formaya malik olması onu daha da orijinal edir.

Məhz yataq otağı digər otaqlardan fərqlənərək sahibinin həyat tərzi və dünyagörüşünü əsk etdirir. Bu səbəbdən həmin otaq sahibinin xarakteri, istəkləri və zövqləri barədə xəbər verir. Bir çoxları öz yataq otaqlarının dizaynının yeganə olmasını istəyir. Bunun üçün də elə bir üslub seçilməlidir ki, onu formalaşdırmaq mümkün olsun.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL