ART-DEKOR
Xidmətlər - Art dekor - Hava qabarcıqlı sütunlar və panellər

Yalnız estetik deyil, həmdə funkional yük daşıyan hava qabarcıqlı panellər və sütunlar interyerin bəzədilməsinin ən dəbli və müasir üsullarından biridir. Dekorun bu elementi məkanın vizual olaraq böyüduməsinə, orjinal bölgülər və qurğuların yaradılmasına imkan verir. Su qabarcıqlı sütunların sahib olduğu keyfiyyətlərdən danışarkən onların cazibədarlığını qeyd etməmək olmaz. Belə ki, onlar məkana daxil olan insanları heyrətləndirir. Bu cük dekorasiya hay-tekdən klassikaya qədər bütün üslubların interyerinə aid edilə bilər. “ DesignHouse” şirkətinin peşəkarları ilə əlaqə saxlayın və biz sizin interyeriniz üçün ölçüyə və rəngə uyğun ideal konstruksiya seçməkdə kömək edəcəyik.

Hidrotexniki konstruksiyalar-hava qabarcıqlı sütun və panellər, fəvvarələr, şəlalələr,akvariumlara böyük tələb var, belə ki, onların qurulması interyerin dizaynını və məkandaxili sahəni yeniləməyə imkan verir. Bu cür konstruksiyalar hər zaman orijinal və eksklüziv qərar olub, sifariş edənin arzu və istəyindən irəli gəlir.

Dekorun bu elementi artıq uzun müddətdir ki, məkanın interyerində geniş həyata keçirilir və dizaynerlər tərəfindən layiqli şəkildə istifadə olunur. Qabarcıqlı panel daxilindəki hərəkət ahəngdarlığı və rəng oyunları öz gözəlliyi ilə təəccubləndirici və heyrətləndiric təəssürat yaradır. Bu növ panellər ciddi ofisləri, restoranları, mehmanxanaları və gece klublarını bəzəyir.

Qabarcıqlı panellər (onlar həm də su qabarcıqlı panellər, hava-qabarcıqlı panellər, qabarcıqlı kameralar, su panelləri və s. adlanır.)su və başqa növ maye ilə dolu, fərqli qalınlıqlı boşluqlar olub,dibdən yuxarıya doğru hərəkət edən hava qabarcıqlarının ardıcıllığıdır. Qabarcıqlı panellərin istehsalında istifadə edilən material alman ”Plexiglass” markasından olan akril şüşədir ( Almaniya). "Design House" şirkəti tərəfindən hazırlanan su qabarcıqlı panellər şəhər mənzillərinin, ofislərin, şəhərkənarı evlərin, sərgi stendlərinin,restoranların, taxçaların, arakəsmələrin və sütunların hazırlanmasında dekorativ element kimi istifadə olunur. Özünün xüsusi istehsak gücü ilə, şirkətimiz bar rəfləri və resepşn rəfləri hazırlayır.Konstruksiyasında su qabarcıqlı panellərdən istifadə olunan reklamvəsərgi stendləri şirkətin loqotipi ilə orijinal xarakter daşıyır.

Qabarcıqlı panel tamamlanmış məhsuldur və sadə elektrik ştepseldən başqa heç bir kommunikasiyaya ehtiyacı yoxdur. Qabarcıqlı panelin xidmət müüddəti limitsizdir,yalnızca ayda 1-2 dəfə buxarlanmadan sonra üzərindəki toz götürülməlidir.Şirkətin qabarcıqlı panellər üçün texniki dəstək göstərən xidmət mərkəzi mövcuddur Qabarcıqlı panel mülayim hava yumşaldıcı və respirator xəstəliklər üçün mühüm profilaktikadır. Uçan və işıqlı inci muncuqları ilə uyğunluq təşkil edən panelin səsi sinir sisteminə sakitləşdirici təsir göstərir. Su qabarcıqlı panellər və qabarcıqlı sütunlar istədiyiniz rəngdə və onların istehsalı istədiyiniz ölçüdə olabilər.

Şirkətimizin əsas xüsusiyyəti keyfiyyətli iş olduğu halda, biz hava qabarcıqlı panel və sütunların hazırlanmasında yuksək keyfiyyətli materialladan istifadə edirik və buna zəmanət veririk.

“Design House" şirkəti kiçik otaq bölmələrindən başlayaraq böyük şəlalələrə qədər istənilən mürəkkəblikdə hidrotexniki avadanlığın istehsalçısıdır. Biz fiziki şəxslər, inşaat-dizayn firmaları və ictimai müəssisələrlə işləməyə hazırıq.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL