ART-DEKOR
Xidmətlər - Art dekor - Modul rəsmlər

Modular rəsmlər ümumi süjetlə bağlı, bir neçə hissədən ibarət incəsənət əsəridir. Bu cür rəsmlər iki və daha çox hissədən ibarət olur. Onun əsas xüsusiyyəti bir neçə modula ayrılmış, eyni parametrli və ya assimetrik,ümumi süjetlə birləşən rəsm olmasıdır. Modular rəsmlər çərçivələnmir, çünki ona baxan zaman seqmentdən seqmentə doğru hərəkət illüziyası yaranır. Onlar vizual olaraq sahəni genişləndirir və hər hansı bir məkanın interyerində effektiv görünür. Əgər siz interyerə qeyri-adi, parlaq element daxil etmək istəsəniz, modular rəsm alın.

"Design House" şirkəti akril və yağlı boyadan rəsmlərin istehsalı və satışı ilə məşğul olur. Ev və ofis üçün orjinal qərar olacaq gözəl rəsmləri geniş kolleksiyamızdan seçə bilərsiniz. Müasir interyer dizaynda istehsal yeni bir trenddir. Kataloqda çox sayda plakat və rəsmlər təqdim olunur.Biz kiçik ölçülərdən iki metr ölçüsünə qədər rəsmlər istehsal edirik. Sifariş üçün hər bir ölçü qəbul edilir. Bundan başqa, sifarişçinin istəyinə uyğun olaraq hər növ rəsm hazırlaylır və razılıq üzrə onları seqmentlərə ayırırıq.

Diqqət: Rəsmlər qalereyası davamlı olaraq yenilənir, belə ki, yenilikləri izləyin. Bütün ölçü və qiymətləri siz saytdan və ya peşəkarlarımız ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL