ART-DEKOR
Xidmətlər - Art dekor - Dekorativ qəfəslər

Biz müxtəlif üslubda dekorativ məhəccərlər hazırlayırıq. Təyinatından asılı olaraq, məhəccərlərimiz müxtəlif npv materiallardan hazırlanır. Məkanın interyerinin kompleks sifarişi zamanı, məhəccər digər incəsənət elementləri ilə bir-birini tamamlayır. Məhəccəri ayrıca bir əşya kimi də sifariş etmək olar. Biz təyin olunmuş interyerə uyğun olaraq onu dekorasiyasını təklif edirik.

Tavan məhəccərləri
Tavan məhəccərlərinə böyük tələb var. Biz zərif, incə və eyni zamanda dözümlü, tavanın ümumi üslubunu tamamlayan məhəccərləri hazırlayırıq. Məhəccərlər evdə bəzi konstruksiya və kommunikasiya elementlərini gizlətməyə imkan verir. Eyni zamanda məhəccərlərin kəsik elementləri asanlıqla çıxarıla bilir, belə ki, konstruksiyanın məhəccərlə örtülmüş yerlərində texniki dəstəyi təmin edir. Tavan məhəccərlərinin düz kəsimi əlavə işıqlandırma üçün şərait yaradır.Beləcə, ajur uyğunlaşdırması, düzgün seçilmiş fon, üst hissədən verilmiş yüngül işıq məkana tamamlanmış görünüş verir.

Məhəccərlərin başqa variantları
Müxtəlif məkanlarda binanin konstruksiyasını daşıyan açıq elementlər- sütunlar və dirəklər var. Belə məkanların dekorsiyası zamanı biz dekorativ məhəccərlərə uyğun konstruksiya təklif edirik.

Dekorativ məhəccərlərlə məkanda taxça və arakəsmələrin dekorasiyası interyerə incəsənət göüntüsü verməyin yollarından biridir. Bundan başqa biz güzgülərin çərçivələnməsi üçün kiçik dekorativ məhəccərlərdən istifadə etməyi təklif edirik.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL