ART-DEKOR
Xidmətlər - Art dekor - 3D rəsmlər (döşəmə, divarlar)

Ev ağır iş günüdən , uzun ezamiyyətdən və əyləncədən sonra, istirahət, rahatlamaq, rahat nəfəs almaq üçün qayıtmaq istədiyiniz yerdir. Şərait rahat və azad olmalıdır. Bəzən bizim olduqca kiçik mənzillərimizdə, insanın üzərinə gələn tavan və divarlardan azad olmaq, rahatlığa asanlıqla çatmaq mümkün olmur. İndi hər bir məkanda 3D texnologiyasını tətbiq etməklə, onu görüntü olaraq genişləndirmək olur. Bunu həm 3D döşəmə, tavan və divarların köməyilə etmək olur.

Tökmə 3D döşəmələr
3D döşəmələr çox effektiv və qeyri-adi görünür. Əvvəllər bu cür örtük mehmanxanaların, restoranların, elit butiklərin, gözəllik salonlarının interyerində istifadə olunurdusa, indi sifarişin 80 %-dən çoxu mənzillər və evlərin bu döşəmə ilə örtülməsi üzrə gəlir.

3D döşəmələrin qurulma texnologiyası böyük həcmli predmetər, körfəz çəmənləri, vanna otağında delfinlər, balıqlar və köpəkbalığı effekti yaradılmasına imkan verir. Əgər evinizə 3D döşəmələr yerləşdirmək istəyirsinizsə vanna otağı üçün dəniz, yataq otağ, dəhliz və qonaq otağı üçün eksklüziv naxışlar, uşaq otağı üçün mult-film qəhrəmanları animasyon sujetlər kimi müxtəlif mövzular mövcuddur. Ofisdə şirkətinizin loqotipində ibarət döşəmə salıda bilərsiniz. Dizaynerin və ya sizin fantaziyanızdan asılı olaraq hər obyekt üçün rəsmlər fərdi olaraq seçilir. Bəzi müştərilər 3D döşəmə növlərindın ibarər kataloq tələb edir, lakin belə bir şey mümkün deyil. Hər bir şəkil yerləşdirildiyi sahə kimi unikal və təkdir. Adətən onları saytlarda axtarır və ya dizaynerlərə sifariş edirlər.

"Designe House" şirkəti sizə 3D döşəmələri həm hazır şəkillərdən, həm də eksklüziv dizayner eskizlərindən istifadə etməklə hazırlatmağı təklif edir.

3D formatında maye rəsmlər.
3D divarlan çap və boyama nəticəsində hazırlana bilər. Ən sevilən rəsmlər şəhərin gecə görünüşü, sualtı dünya, peyzaj elementləridir. Xüsusilə döşəmədən divarlara və ya tavana rəvan axıcı panoramlı rəsmlər orijinal görsənir. Belə ki, döşəmədəki su səthi "Cote d'Azur" çevrilə bilər və tavanda səma üfiqləri ilə qurtara bilər. Əgər 3D divar düzgün asılarsa hündürlük və görünüşün baş döndürücü effektini almaq olar.

Əlbəttə ki, 3D divarlar mebellə az döşənmiş geniş sahələrə daha uyğündur, lakin əsl usta ən kiçik otağı belə canlandıraraq, bu işi qonaq otağı, uşaq otağı və yataq otağında da ustalıqla yerinə yetirə bilər.Rəng və rəsm müxtəlifliyi fantaziya üçün geniş şərait yaradır.

3D divarlarının yaradılması texnologiyası çətin deyil. Burada 3D döşəmələrin salınmasında istifadə olunan materiallar işlənir. Divardakı rəsm əlavə panellərdən yığılır. Panelin hazırlanmasında evin interyeri ilə ahəngdarlıq təşkil edən rəsm və ya şəkil seçilir.Rəsm qrafik proqramların köməyilə dartılır, çap olunur, panelə köçürülür, xüsusi tərkibli şəffaf qatla örtülür və cilalanır.

Ənənəvi divar dekorasiyası materialları 3D divarları ilə rəqabətə davam gətirə bilmir. 3D divarlar möhtəşəm performans xarakteristikasına malikdir. Heç bir halda sağlamlığa təsir etmir, iysizdir, pis maddələr ifraz etmir, yanğına qarşı təhlükəsizdir, gigiyenanın ümumdünya standartlarına əsaslanır. Bundan başqa, onlar həm da uzunömürlüdürlər. Mənfi cəhəti isə qiymətidir ki, o, müsbət cəhətlərlə kompensasiya olunur.

"Design House" şirkətində siz optimal qiymətlərə 3D divarlar sifariş edə bilərsiniz. Bizim əməkdaşlarımız peşəkarcasına 3D divarları quraşdıraraq evinizin interyerini tanınmaz hala gətirəcək.
Alimlərin proqnozlarına əsasən 10 ildən sonra 2 ölçülü şəkillər tamamilə yerini 3D-yə verəcək.

"Design House" şirkəti zamana ayaq uydurmağı və öz evinizdə təkrarsız kolorit yaratmağı təklif edir.

3D rəsmlər haqqında ətraflı məlumatı burada ala bilərsiniz
  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL