DİZAYN
Xidmətlər - Dizayn - Mənzillər və evlər - Uşaq otağı

Uşaq otağı uşağın tək qala biləcəyi və öz asudə vaxtını istədiyi kimi keçirə biləcəyi otaqdır. O, öz dostlarını məhz buraya dəvət edir. Uşaq otağı sizin övladınızın öz kiçik şəxsi dünyasıdır. Əgər siz övladınızı otağının gözəl və rahat olmasını istəyirsinizsə, uşaq otağının interyer dizaynı haqqında suallara böyük məsuliyyətlə yanaşmalı və bütün nüansları gözdən keçirməlisiniz, odur ki, övladınızın otağı onunla birlikdə böyüyəcək.

Uşaq otağı eyni zamanda həm qonaq otağı, həm yataq otağı, həm də oyun sahəsi kimi fəaliyyət göstərdiyi üçün onun interyeri çox funksiyalı olmalıdır. Odur ki, uşaqlar tez böyüyür və siz bir və ya iki ildən bir otağı yeniləməmək üçün uşaq otağının interyeri ilə əvvəlcədən məşğul olmalısınız. İnteryerin qurulması üçün lazım olan materiallar ekoloji təmiz və təbii olmalıdır. Belə ki, uşaq otağı üçün nəzərdə tutulan işıq lampaları qırılaz şüşədən, mebel isə erqonomik olmalıdır.

Uşağınız üçün otağı hazırlayarkən, siz yadda saxlamalısınız ki, həmin məkan yalnızca kiçik birisi üçündür. Rəng, işıq və bütün atmosfer bütövlüklə körpənin xarakterinə və əhval-ruhiyyəsinə uyğun olmalıdır. Daha azyaşlı uşaqlar üçün interyerdə əsas hissəni şkaf, çarpayı, oyun sahəsi və oyuncaqlar təşkil edir. Bu cür otaqlarda döşəmənin xalça ilə örtülməsi daha uyğundur, belə ki, uşaqlar çarpayıdan daha çox döşəmədə vaxt keçirirlər.

Yaşca daha böyük uşaq otaqlarını interyerində yazı masası, daha sonra isə kompütür və televizorun olması vacibdir. İnteryeri dizaynın rəng qamması körpəni aqressivliyə səsləməməlidir. Bunun üçün uşağın xarakterini əks etdirən sakit, neytral tonlardan istifadə olunmamalıdır. Divarlara uşaq rəsmləri və şəkillər yerləşdirmək mümkündür. Yadda saxlamaq lazım ki, uşağın psixoloji sağlamlığı otağın interyerindən asılıdır

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL