DİZAYN
Xidmətlər - Dizayn - Mənzillər və evlər - İş otağı

İş otağı əqli əmək üçün sahə, ev daxilində ofisdir. Hal-hazırda iş otaqlarının interyeri zəngin evlərə aid əlamətləri özündə qoruyub saxlayır. Belə otaqların mövcudluğu ev sahiblərinin nüfuz və təminatlılığından xəbər verir.

İş otağının interyer dizaynı üzərində işləyərkən , bu məkanın çoxfunksiyalılığını nəzərə almaq lazım. Belə ki, iş otağı yalnız iş yeri deyil, həm də qonaqların qəbulu, danışıqların aparılması, kitabxana və ya tək qalmaq üçün yer ola bilər.

İş otağının mühüm hissəsini iş masası və rahat erqonomik kürsüdən ibarət işçi hissə təşkil edir. Eyni zamanda saxlanma sistemin olması da mütləqdir. İş şəraitinin əsas rəmzləri olaraq asma rəflər və şkaflar saxlanma sistemlərin kimi vacibdir.

Ünsiyyət üçün ayrılmış sahəyə bir neçə kürsü və qəhvə masası qoyulur. Əgər ev sahibinin hər hansı bir zövqü varsa, otağın interyeri bütövlükdə içərisində silah kolleksiyası, əniq və s. olan, şüşə vitrinlərdən ibarət təqdimat guşəsinə çevrilə bilər. Əgər otağın sahəsi imkan verirsə, iş otağının interyerini yumşaq divan, qəhvə masası, təbii bitkilərdən ibarət istirahət yeri kimi qurmaq olar. Abadlığın fərqli təyin olumuş sahələr üzrə aparılması, modul arakəsmələri və stellajlar vasitəsilə mümkün olur.

  Xocalı prospekti 37,
Demirchi Tower, 19-cu mərtəbə (Xətai metrosu yaxınlığında)
Tel.:
+994 12 488 80 74; +994 12 480 46 03
E-mail: office@designhouse.az
  © 2012 | DESIGN HOUSE. All rights reserved Design by RL